“Fənərbaxça” baş məşqçi ilə vidalaşa bilər

26.09.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Baş məşqçi Domeniko Tedesko “Fənərbaxça”dakı postunu itirmək üzrədir.

İdman.biz Fotomac.com-a isitinadən xəbər verir ki, klubun yeni rəhbərliyi zəif nəticələrdən sonra mütəxəssisə ultimatum verib.

Ona komandada vəziyyəti 3 oyuna düzəltməli olduğu bildirilib. Sərt qərarın səbəbi Avropa Liqasında Zaqreb “Dinamo”suna 1:3 hesablı məğlubiyyət olub.

Tedesko rəhbərliyi altında komanda 4 oyunda cəmi bir qələbə qazanıb. Postunu qorumaq üçün baş məşqçi qarşıdakı “Antalyaspor”, “Samsunspor” və “Nitsa” ilə görüşlərdə qələbə təmin etməlidir.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью