Fənərbaxça Beşiktaşla çempion olmuş hücumçunu rənglərinə bağlayır

05.01.2025

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hazırda "Əl-Nəsr"lə müqaviləsi olan Taliska Türkiyə çempionatına qayıdır. Sport24.az AS nəşrinə istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi karyerasını "Fənərbaxça"da davam etdirəcək.

Transferin təfərrüatları barədə əlavə məlumat verilmir. Taliska "Əl-Nəsr"ın heyətində 68 oyun keçirib, 56 qol vurub.

Qeyd edək ki, 2016-2018-ci illər aralığında İstanbulun digər nəhəngi "Beşiktaş"da top qovan Taliska "ağ-qaralar"la Türkiyə çempionu olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью