Fənərbaxça Betis in təklifini geri çevirdi

06.12.2025

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

''Betis''in mövsümün əvvəlində ''Fənərbaxça''dan icarəyə götürdüyü və performansından çox razı qaldığı Sofyan Amrabatla bağlı ilk təklifini irəli sürdüyü məlum olub.
"Football-plus.az" xəbər verir ki, Türkiyə mətbuatının yazdığına inansaq, La Liqanın köklü klubu mərakeşli yarımmüdafiəçiyə görə İstanbul nəhənginə ilkin olaraq 8 milyon avroluq təklif göndərib. Amma ''Fənər'' rəhbərliyi bu təklifi heç düşünməyə də ehtiyac görməyərək dərhal geri çevirib!
''Sarı-lacivərdlilər'' 29 yaşlı futbolçuya görə icarə haqqı ilə birlikdə 14 milyon avro ödəmişdilər. Ona görə də bu məbləğdən bir qəpik də aşağı enmək niyyətində deyillər.
''Betis''in qış transfer dönəmində ''Fənər''ə ikinci təkliflə müraciət edəcəyi gözlənilir. İndiki transfer dəyəri 12 milyon avro civarında olan Mərakeş yığmasının üzvünün ''Fənər''lə 2028-ə qədər müqaviləsi var.
Amrabat bu mövsüm ''Betis''də 11 rəsmi oyuna çıxıb. Aktivində qol və ya məhsuldar ötürmə olmasa da, o, qısa müddətdə yeni komandasında aparıcı futbolçulardan birinə çevrilməyi bacarıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью