Fənərbaxça bir oyunda üç mərkəz müdafiəçisini itirdi

06.02.2025

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itkilər baş verib.

Sportal.az xəbər verir ki, İstanbul nəhənginin 3 mərkəz müdafiəçisi sıradan çıxıb. Bunlar Dieqo Karlos, Aleksandru Ciku və Yusuf Akçiçekdir.

Hər 3 oyunçu Türkiyə Kuboku qrup mərhələsinin 2-ci turunun "Ərzurum"la matçında (5:0) zədələnib.

Futbolçular tibbi müəyinədən keçib və onların durumu bəlli olub. Yusuf Akçiçek 1, Ciku 2 həftə yaşıl meydanlardan uzaq qalacaq. Dieqo Karlosun durumu isə daha ciddidir. "Fənərbaxça"nın bir neçə gün öncə "Aston Villa"dan transfe etdiyi braziliyalı müdafiəçi 4-6 həftə oynaya bilməyəcək.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью