Fənərbaxça braziliyalı futbolçunun transferini bitirdi

05.01.2025

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin "Fənərbaxça" klubu 2025-ci ildə ilk transferini yekunlaşdırıb.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Əl-Nəsr"dən Anderson Talişkanın keçidini həll edib. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Braziliyalı hücumameyilli yarımmüdafiəçinin keçidi Türkiyədə qış transfer pəncərəsinin başlayacağı 13 yanvar tarixində açıqlanacaq. 30 yaşlı futbolçu "Fənərbaxça"da illik 7,5 milyon avro maaş alacaq.

Qeyd edək ki, Anderson Talişka 2021-ci ilin yayından "Əl-Nəsr"də çıxış edir. Təcrüəli oyunçu bu mövsüm Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 8 qol vurub.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью