“Fənərbaxça” bu addımından peşman oldu Yeni Sabah

15.11.2024

Icma.az bildirir, Yenisabah portalına istinadən.

“Fənərbaxça”dan “Qalatasaray”a transfer edilmiş Miki Batuşayi üstün performansı ilə diqqət çəkir. Hazırda “Fənərbaxça” rəhbərliyi hücumçunu satmasından dərin peşmanlıq hissi keçirir.

Yenisabah.az xəbər verir ki, 31 yaşlı belçikalı oyunçu “sarı-qırmızı”ların 3-cü forvardı kimi çıxış etsə də, Viktor Osimen və Mauro İkardidən heç də geri qalmır. Batuşayi bu mövsüm meydana çıxdığı 10 oyunda 3 qol və 2 assistlə komandasına töhfə verib. 

O bu nəticə ilə “Fənər”in yeni hücumçusu Əl-Nəsirini geridə qoymağı bacarıb. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью