Fənərbaxça Çempionlar Liqası matçına iki itki ilə çıxacaq

10.08.2026

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Fənərbaxça" UEFA Çempionlar Liqası III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Avstriyada "Şturm Qrats"ın qonağı olacaq.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi səfər matçında ciddi itkilərlə çıxacaq.

İki futbolçu komandaya kömək edə bilməyəcək. Qapıçı Ederson xəstəlik, vinger Entoni Musaba isə zədə səbəbindən meydana çıxmayacaq.

Qeyd edək ki, "Şturm Qrats" - "Fənərbaxça" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Komandalar arasında Türkiyədə baş tutan ilk oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью