Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo transferlərin gecikməsinə narazıdır.
Metbuat.az xəbər verir ki, Mourinyo transferlərin klubun Çempionlar Liqasının oyunlarında iştirak etməsini tələb edir. Klub bir sıra transferlər barədə danışıqlar aparsa da, hələlikreallaşmayıb. Bildirilir ki, Mourinyonun prioriteti müdafiəçi və iki cinah oyunçusunun transfer edilməsidir.
Qeyd edək ki, "Fənərbaxça" indiyədək qapıçı Tarık Çətin, Con Duran və Arçi Braunla müqavilə imzalayıb. Məlumata görə, "Fənərbaxça"nın prezidenti Ali Koç bu mövsüm transfer işlərini şəxsən idarə edir.