Fənərbaxça da ciddi itkilər Asensio 3 aylıq sıradan çıxdı

21.10.2026

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Fənərbaxça"nın futbolçusu Marko Asensio uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Sportal.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı hücumameyilli yarımmüdafiəçi sol diz oynağındakı qığırdaq zədələnməsi ilə əlaqədar ölkəsində uğurlu artroskopik əməliyyat keçirib. Onun müalicə və reabilitasiya prosesinin təxminən 3 ay davam edəcəyi gözlənilir.

Super Liqa nəhənginin müdafiəçisi Natan Ake də sıradan çıxıb. Niderlandlı mərkəz müdafiəçisi UEFA Çempionlar Liqası Liqa mərhələsinin III turunun "Slaviya" ilə matçında (2:2) zədələnib. Müayinələr nəticəsində onun sağ ayağının arxa əzələ qrupunda orta dərəcəli gərilmə aşkar edilib. 31 yaşlı futbolçu təxminən 3 həftə komandaya kömək edə bilməyəcək.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью