​ Fənərbaxça da heyət dəyişir 4 ulduz futbolçu gəlir

08.05.2025

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Fənərbaxça"nın prezidenti Ali Koç yeni mövsüm transferləri barədə açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, o, bildirib ki, Joze Mourinyo növbəti mövsüm üçün hesabatını təqdim edib. "Fənərbaxça"nın prezidentinin sözlərinə görə, yeni mövsüm üçün heyətə 4 yüksək səviyyəli futbolçu cəlb edilə bilər və heyətdən futbolçular ayrılarsa yeni transferlərin sayı 5-6-ya yüksələ bilər. Ali Koç daha güclü komanda qurmaq istədiklərini ifadə edib.

Ali Koç Tadiç və Dzeko ilə müqavilənin mövsümün sonunda yekunlaşacağını və bu futbolçularla yeni müqavilə imzalaya biləcəklərini ifadə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью