Fənərbaxça da kritik iclas: Saran Tedesko ilə görüşür

25.09.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropa Liqasında ötən gecə ilk oyununa çıxan "Fənərbaxça" Xorvatiya "Dinamo"suna məğlub olub: 1:3.
Apasport.az xəbər verir ki, Fənərbaxça prezidenti Sadettin Saran Zaqreb səfərindən dönüşdə baş məşqçi Domeniko Tedesko və futbol əməliyyatları üzrə məsul şəxs Devin Özeklə iclas keçirəcək.
Görüşdə komandanın cari vəziyyəti, yaxınmüddətli planlar, həmçinin texniki heyətin strukturu və veriləcək mümkün qərarlar müzakirə ediləcək.

Klubdakı idarəetmə və infrastrukturla bağlı addımların da gündəmdə olacağı gözlənilir. Toplantının nəticələrinə dair rəsmi açıqlamanın yaxın vaxtlarda yayımlanacağı bildirilir.
Qeyd edək ki, Türkiyə mətbuatında Tedesko və Devin Özeklə yolların ayrılacağı iddia olunur. Müvafiq postlara isə Aykut Kocaman və Volkan Demirel gətirilə bilər. Xəbərə görə, Sadettin Saran artıq Volkan Demirellə görüşüb və ona rəhbər heyətdə vəzifə təklif edib.

Millinin baş məşqçisi bəlli oldu - RƏSMİ Mbappedən daha bir uğur İtaliya millisinin üzvü daha 3 il “Napoli”də - RƏSMİ Sadettin Saran: “Heyətdəki hər futbolçu önəmlidir” Yaponiya millisinin üzvü “Arsenal”ın hədəfində
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью