Fənərbaxça da sürpriz ayrılıq

01.02.2025

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fənərbaxçada ara transfer dövründə sürpriz bir ayrılıq baş verib. 

“Cebheinfo.az” xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandasından "Sarı-göylülər"ə icarə əsasında transfer olunan Allan Sen-Maksiminlə müqaviləyə xitam verilib. 

Fransız futbolçunun komandadan ayrılacağı dəqiqləşib və yeni ünvanının “Napoli” olacağı öyrənilib.

Qeyd edək ki, bu mövsüm "Fənərbaxça"nın heyətində ümumilikdə 24 matçda iştirak edən Maksimin bu matçlarda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью