Fənərbaxça da sürpriz ayrılıq

03.03.2025

Icma.az, Apasport portalına istinadən məlumat verir.

Super Liqa təmsilçilərindən "Fənərbaxça" futbolçusu Cenk Tosunla yollarını ayıracaq. 

Apasport.az xəbər verir ki, “Antalyaspor” matçının 80-ci dəqiqəsində oyuna daxil olan təcrübəli hücumçu bəlkə də sonuncu dəfə "sarı-lacivərdli" formanı geyinib.

"Fənərbaxça" Cenk Tosunun transferi üçün Yaponiyanın "Urava Red Diamonds" komandası ilə anlaşıb. 

Razılıq əldə edildikdən sonra futbolçunun Yaponiya komandasına transfer olunacağı bildirilib.

Transfer prosesinin bir neçə gün ərzində yekunlaşacağı gözlənilir.

Cenk Tosun bu mövsüm "Fənərbaxça"nın heyətində 17 matçda forma geyinib. 33 yaşlı futbolçu bu matçlarda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

"Qalatasaray"lıları əsəbiləşdirən hərəkət: "Kasımpaşa" oyundan sonra... - VİDEO Ramos Meksikada debüt qolunu vurub “Yunayted” kubokla vidalaşdı En-Nesri “Fənər”in tarixinə düşdü Millimizin üzvü oynadı, komandası 3 xal qazandı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью