​ Fənərbaxça dan ayrılan Mourinyodan qalmaqallı sözlər

01.09.2025

Icma.az, Metbuat saytına istinadən bildirir.

"Fənərbaxça"dan ayrılan Joze Mourinyo Portuqaliyada diqqətçəkən açıqlama verib.

Metbuat.az xəbər verir ki, məşqçi Türkiyədən vətəninə yollanıb. O, hava limanında jurnalistlərlə qarşılaşıb. Mourinyo jurnalistlərə açıqlamasında evinə ailəsi ilə yemək yeməyə getdiyini ifadə edib. Jurnalistlərin “Klubdan belə qərar gözləyirdiniz? Yoxsa transferlə bağlı şərhləriniz qərara təsir etdi?" sualına Joze Mourinyo "Oyunöncəsi mətbuat konfransımı izlədinizmi? Bu barədə danışmaq istəmirəm. Mən beləyəm. Bittimi bitər" deyə cavab verib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında "Fənərbaxça" “Benfika”ya məğlub olaraq mübarizəni dayandırandan sonra Joze Mourinyo istefaya göndərilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью