Fənərbaxça dan Barselona ya

27.08.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

"Fənərbaxça"nın qapıçısı Dominik Livakoviçin "Barselona"ya keçidi rəsmiləşib.

525.az xəbər verir ki, bu barədə Kataloniya klubunun saytı məlumat yayıb.

Xorvatiyalı qolkiperlə bağlanan müqavilə ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, 2023-cü ildən "Fənərbaxça"da çıxış edən Livakoviç iki mövsüm ərzində 74 oyun keçirib və 24 matçda qapısını toxunulmaz saxlayıb. 2025-ci ilin yayında o, icarə əsasında "Jirona"ya keçib, lakin heç bir oyunda iştirak etməyib. Qış transfer pəncərəsi zamanı isə icarə əsasında sabiq klubu Zaqreb "Dinamo"suna qayıdıb və 15 oyun keçirib. O, bu oyunlarda cəmi 10 qol buraxıb və səkkiz görüşdə qapısını toxunulmaz saxlayıb. Dominik ötən mövsüm Zaqreb təmsilçisi ilə Xorvatiya çempionu olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью