Fənərbaxça dan çılğın transferlər Ulduzlarla anlaşdı

26.06.2026

Icma.az bildirir, Metbuat portalına istinadən.

Basketbol Super Liqası təmsilçisi “Fənərbaxça Beko” yeni mövsümlə bağlı transfer fəaliyyətlərini davam etdirir.

Metbuat.az xəbər verir ki, çempion komanda heyətini gücləndirmək üçün bir neçə oyunçu ilə razılığa gəlib. Ən diqqətçəkən iddia isə Şeyn Larkinin “Fənərbaxça Beko” ilə bütün şərtlərdə anlaşmasıdır. Bildirilib ki, Larkinin “Anadolu Efes”lə müqaviləsi 2028-ci ilə qədər davam edir. Bununla yanaşı, “Fənərbaxça Beko” klubunun daha 5 oyunçu ilə də razılıq əldə etdiyi iddia olunur. Bildirilir ki, komandadan Nando de Kollo, Kem Birç, Devon Holl və Jilson Banqo ilə yollar ayrılıb.

Yeni transferlər arasında Braxton Key (Valensiya) və Şavon Şilds (Olimpiya Milano) yer alır. Həmçinin Markus Bingham (UNİKS Kazan), Trent Forrest (Baskoniya) və İqnəs Sarciunas (Rytas Vilnüs) ilə də anlaşma əldə edildiyi bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью