Fənərbaxça dan gələcəyə yatırım: Yeni Aleks lə 5 illik müqavilə

11.02.2025

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qış transfer dönəmində heyətini ulduz futbolçularla gücləndirən "Fənərbaxça" heyətinə yeni oyunçu cəlb edib. 

Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər" "Vasko"da çıxış edən Qabriel Souza da Silvanın transferini tamamlayıb. 

Bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb. 

Da Silvanın "Fənərbaxça" ilə müqaviləsinin detalları 

İstanbul klubu 20 yaşlı braziliyalı hücumçu ilə 5 illik müqavilə imzalayıb. "Fənərbaxça" Braziliya klubuna 3,5 milyon avro transfer haqqı ödəyəcək. Artıq klublar arasında rəsmi müqavilə imzalanıb. 

"Fənərbaxça"nın yeni transferi "Kasımpaşa"da oynayacaq

Silvanın mövsümün sonuna kimi "Kasımpaşa"ya icarəyə veriləcəyi bildirilir. Buna komandanın legioner limitində olması səbəb olub. 

Andrey Lunyov: "Qarabağ"da qalardım, amma..." "Fənərbaxça"nın yeni transferi Rusiya yolunda Türk müdafiəçi “Aston Villa”da - rəsmi “Fənər”in daha 2 futbolçusu zədələndi “Feyenoord”dan gözlənilməz qərar
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью