Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Fənərbaxça”nın prezidentliyə namizədi Hakan Safi "İnter"in türkiyəli ulduzu Hakan Çalhanoğlu ilə 3+1 illik müqavilə üzrə razılığa gəlib.
Apasport.az xəbər verir ki, tərəflər arasında aparılan danışıqlarda ilkin anlaşma əldə olunub.
Futbolçunun şəxsi şərtləri razılaşdırılsa da, transferin rəsmiləşməsi üçün “İnter” klubu ilə yekun danışıqların aparılması gözlənilir.
Bütün bunlardan öncə isə Hakan Safi "Fənərbaxça"nın yeni prezidenti seçilməlidir.
"Sarı-lacivərdlilər"də yeni prezidentin adına bu gün keçiriləcək seçkilərdən sonra aydınlıq gələcək.
Hakan Çalhanoğlu cari mövsümdə “İnter”in heyətində bütün turnirlər daxil olmaqla 47 oyunda meydana çıxıb, 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
İngiltərə qələbə qazandı: Yeganə qol Keyndən "Malyorka" ilə yollar ayrıldı - Kayl Larin İngiltərə klubunda Portuqaliya-Çili matçında kütləvi dava - VİDEO Aziz Yıldırım baş məşqçi namizədini açıqladı: GÖZLƏNİLƏN SEÇİM “Fənər”də “transfer bombası”: Levandovski ilə razılıq əldə olundu