Icma.az, Metbuat portalına istinadən məlumat yayır.
"Barselona"nın ulduz hücumçusu Robert Levandovskiyə Avropa və Səudiyyə Ərəbistanından transfer təklifləri irəli sürülüb.
Metbuat.az xəbər verir ki, futbolçunun “Barselona” ilə müqaviləsi mövsümün sonunda yekunlaşdığı üçün o azad agent kimi klubdan ayrıla bilər. "Fichajes"in məlumatına görə, "Fənərbaxça", "Milan", "Atletiko Madrid" və "Əl-Nəsr" klubu Levandovskinin xidmətində maraqlıdır. "Fənərbaxça"nın namizədlər arasında daha çox səy göstərdiyi irəli sürülür. İddialara görə, "Fənərbaxça" Levandovskini mövsümün fasiləsində transfer etmək istəyir.
“Əl-Nəsr”in təklifi əvvəlki müqavilələri üstələyir və Levandovskiyə həm iqtisadi, həm də idman baxımından iddialı layihə təqdim edib. Robert Levandovskinin karyerasını Avropada davam etdirmək istədiyi irəli sürülüb.