Fənərbaxça dan Mourinyo ilə bağlı səs küylü qərar

06.03.2025

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Lider “Qalatasaray”la xal fərqini 4-ə endirən "Fənərbaxça" Joze Mourinyonun klubdakı karyerası ilə bağlı qərar verib.

Metbuat.az xəbər verir ki, həm qazandığı xallarla, həm də oynadığı futbolla ictimaiyyətin böyük etimadını qazanan baş məşqçi Joze Mourinyo həm də azarkeşlərin sevimlisi olub. Xal fərqi 8 olarkən, “Lazım olarsa rəhbərlik gedəcək, Mourinyo qalacaq” deyərək portuqaliyalı çalışdırıcıya güvəndiyini açıq şəkildə ifadə edən Ali Koç indi məşqçi ilə yeni müqavilə imzalamaq istəyir. Türkiyə mediasının məlumatına görə, rəhbərlik Joze Mourinyonun müqaviləsini daha bir il uzatmaq istəyir.

"Fənərbaxça" 2026-cı ildə başa çatacaq müqaviləni 2027-ci ilə qədər uzatmaq istəyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью