Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Fənərbaxça"dan ayrılan Joze Mourinyo artıq yeni klublarla danışıqlar həyata keçirib.
Metbuat.az xəbər verir ki, portuqaliyalı məşqçinin rus klubları ilə danışıqlar apardığı irəli sürülüb.
İddialara görə, Joze Mourinyo vasitəçilər vasitəsilə görüşdüyü klublardan ciddi maaş tələb etməkdən çəkinməyib və o Rusiyada işləməyə razılıq verib.
Mourinyonun özü və köməkçiləri üçün minimum iki illik müqavilə və illik 20 milyon avro maaş istədiyi vurğulanıb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında "Fənərbaxça" “Benfika”ya məğlub olaraq mübarizəni dayandırandan sonra Joze Mourinyo istefaya göndərilib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.