Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Arsenal"la müqaviləsi başa çatmaq üzrə olan qanalı yarımmüdafiəçi Tomas Partey, yay transfer pəncərəsində "Fənərbaxça"ya keçə bilər.
Apasport.az "The Guardian"a istinadla xəbər verir ki, "sarı-lacivərd"lilər baş məşqçi Joze Mourinyonun istəyi ilə 30 yaşlı futbolçunu azad agent kimi komandaya cəlb etmək istəyir.
Artıq İstanbul klubu futbolçuya təklif göndərib.
"Fənərbaxça"nın təklifi oyunçu tərəfindən də müsbət qarşılanıb və tərəflər arasında ilkin razılığın əldə olunduğu bildirilir.
Xatırladaq ki, Parteyin müqavilə uzatmaq üçün "Arsenal" rəhbərliyi ilə danışıqları nəticəsiz qalıb. Qanalı yarımmüdafiəçi iyulun 1-dən sərbəst agent statusunda olacaq.
“Şamaxı”nın ikinci rəqibi müəyyənləşib “Araz-Naxçıvan”ın rəqibi yeni transferini açıqlayıb Millimiz Moldovanı məğlub etdi "Əl-Nəsr"də çıxış etmiş futbolçu "Kəpəz"in radarında - EKSKLÜZİV “Sabah” “Kayrat”ı məğlub etdi - 9:0