“Fənərbaxça” derbidə qalib gəldi Seriyada önə keçdi

17.06.2026

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Basketbol Super Liqasının pley-off final seriyasında üçüncü oyun keçirilib.

Apasport.az xəbər verir ki, “Beşiktaş” doğma meydanda “Fənərbaxça”nı qəbul edib.

Qarşılaşma qonaqların 82:71 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra “Fənərbaxça” final seriyasında 2:1 önə keçib.

Oyunun ən məhsuldar basketbolçuları “Fənərbaxça”dan Tarik Biberoviç və Talen Horton-Takker olub. Hər iki oyunçu komandasına 17 xal qazandırıb. “Beşiktaş”da isə ən çox xal toplayan oyunçu 16 xalla Derik Nidhem olub.

Qeyd edək ki, seriyada 4 qələbəyə çatan komanda Türkiyə çempionu olacaq.

Seçməmiz dünya dördüncüsü olub - YENİLƏNİB Milli komandamız Almaniya qarşısında geridönüş etdi - YENİLƏNİB Millimiz Dünya Çempionatının 1/4 finalında Branson şou göstərdi – “Nyu-York” finala qələbə ilə başladı Millimiz Polşaya da qalib gəldi - YENİLƏNİB
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью