GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Fənərbaxça”nın qadın voleybol komandası 7 nəfərlə yolunu ayırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə klub paylaşım edib.
“Siyahıda Meliha Diken, Diclə Nur Babat, Magdalena Stysiak, Hristina Vuchkova, Bojana Drca, Elitsa Atanasijevic və Özlem Güvenin adları var. İdmançılarımıza klubumuza verdikləri töhfələrə görə təşəkkür edirik və onlara karyeralarının növbəti mərhələsində uğurlar arzulayırıq”, – deyə bildirilib.
Qeyd edək ki, “Fənərbaxça”da böyük dəyişikliklərin olacağı, bunun əsasən futbol klubunu əhatə edəcəyi açıqlanıb.
Əliyar Xəlil
Globainfo.az