Fənərbaxça dünya çempionunu transfer edir

16.05.2025

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

"Fənərbaxça" Argentina millisi ilə Dünya Kubokunu qazanaraq tarix yazan təcrübəli qapıçı Emiliano Martinezi transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, "Aston Villa"nın qapısını qoruyan qolkiper mövsümün sonunda klubdan ayrılacaq. İddialara görə, o, Türkiyədə futbol oynamağa razılıq verib. Bildirilir ki, "Fənərbaxça" Dominik Livakoviçin oyunundan narazı olduğu üçün mövsümün sonunda onu klubdan göndərmək istəyir. Məlumata görə, Səudiyyə klubları daEmiliano Martinezin transferində maraqlıdır. Lakin "Fənərbaxça"nın bu transferi reallaşdırmaq üçün daha çox səy göstərdiyi irəli sürülür.

Qeyd edək ki, Emiliano Martinez 2022-ci ildə Argentina milli komandasının qazandığı Dünya Kubokunun ən mühüm memarlarından biri idi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью