Fənərbaxça fransalı vinger üçün hərəkətə keçdi

01.01.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

Münhenqladbax "Borussiya"sının futbolçusu Natan Nqumu karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" fransalı vingerin xidmətində maraqlıdır. Bu barədə "Bild" nəşri məlumat yayıb.

"Fənərbaxça" Nqumunun transferi üçün Almaniya klubu ilə danışıqlara başlayıb. Super Liqa nəhəngi 24 yaşlı ön xətt oyunçusunu yanvar ayında heyətinə qatmaq istəyir.

Qeyd edək ki, "Borussiya" Natan Nqumunu 2022-ci ilin avqust ayında "Tuluza"dan transfer edib. Fransa U-21 millisinin sabiq üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində 11 rəsmi matçda meydana çıxıb. O, qol və ya assistlə yadda qalmayıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью