Fənərbaxça hücumçusuz qaldı: En Nesiridən sonra o da gedir

06.02.2026

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Con Duran karyerasını Rusiyada davam etdirməyə yaxındır.

Apasport.az xəbər verir ki, məxsus olduğu "Əl-Nəsr" klubundan icarə əsasında "Fənərbaxça"da çıxış edən kolumbiyalı hücumçu Türkiyəni tərk edib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Mənbəyə görə, 22 yaşlı forvard "Zenit"lə razılığa gəlib. O, Sankt-Peterburq təmsilçisi ilə yeni icarə müqaviləsi imzalayacaq.

Duranın Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2030-cu il iyunun 30-na qədər qüvvədədir.
Hücumçu cari mövsüm İstanbul təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 21 oyunda meydana çıxıb, 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Kolumbiyalı futbolçu daha əvvəl vətənində “Enviqado”,  ABŞ-da “Çikaqo Fayr”, İngiltərədə isə "Aston Villa" forması geyinib.
Xatırladaq ki, "Fənərbaxça"nın daha bir hücumçusu Yusuf En Nesiri qış transfer pəncərəsində komandadan ayrılaraq "Əl-İttihad"a transfer olub.

İtaliya Kuboku: “Atalanta” yarımfinalda Türkiyə klubunun azarkeşi kubok oyunundan sonra vəfat edib Tedesko açıqladı: Mert və Musaba AL-in heyətində olmayacaq Benzema debüt etdi - HET-TRİKƏ İMZA ATDI Argentina millisinin üzvü “Qalatasaray”da - RƏSMİ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью