“Fənərbaxça” ilə bağlı bir milyon lirəlik sual...

13.11.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Türkiyənin ATV kanalında yayınlanan “Kim Milyonçu Olmaq İstəyər” şousunda maraqlı anlar yaşanıb.

"Football-plus.az" xəbər verir ki, yarışmada 1 milyon lirəlik sualın “Fənərbaxça” ilə bağlı olması diqqəti çəkib. Şouda iştirak edən kompüter mühəndisi Xəlil Ənvər Soylu 500 min lirəlik 11-ci suala doğru cavab verərək 12-ci suala çatıb. Türkiyədə bu mövsüm artıq ikinci dəfə bir iştirakçı milyonluq suala çatmağı bacarıb.
1 milyon lirə (təminən 40500 manat) dəyərindəki sual belə səslənib:

“Fənərbaxça” İdman Klubunun qurucu üzvü və ilk başqanı kimdi”.

A bəndində “Zəki Rıza Sporel”, B bəndində “Faruk Ilqaz”, C bəndində “Ziya Songülən” və D bəndində “Şükrü Saraçoğlu” cavabı qeyd olunmuşdu. İştirakçı təxminən 3 dəqiqə düşünəndən və aparıcı ilə fikir mübadiləsi aparandan sonra riskə getmək istəmədi. O, cavabı bilmədiyi üçün yarışı dayandırmağa üstünlük verdi və şounu 500 min lirə ilə tərk etdi. Doğru cavab isə Ziya Songülən idi.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью