Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Aston Villa”nın baş məşqçisi Unay Emeri “Fənərbaxça” ilə UEFA Çempionlar Liqası oyunu öncəsi keçirilən mətbuat konfransında komandanın zədəli futbolçularının vəziyyəti barədə məlumat verib.
QOL.az xəbər verir ki, "Birminghammail" nəşrinin məlumatına görə, ispaniyalı mütəxəssis Matteo Ruceri, Leon Qoretska və Yan Matsenin durumuna aydınlıq gətirib:
"Rucerinin nə qədər müddətə sıradan çıxdığını dəqiq bilmirəm, amma bir neçə həftə, hətta bir aydan çox oynamayacaq. Buna görə alternativlər axtarmalıyıq. Matsen də hələ hazır deyil. Düşünürəm ki, bir-iki həftəyə komandaya qoşula biləcək".
Baş məşqçinin sözlərinə görə, Leon Qoretska “Fənərbaxça” ilə oyunun iştirak ərizəsində yer alacaq. Avqustda azad agent kimi İngiltərə klubuna keçən almaniyalı yarımmüdafiəçi məşqlərə başladıqdan qısa müddət sonra dizindən zədələndiyi üçün hələ debüt edə bilməyib.
Qeyd edək ki, “Aston Villa” - “Fənərbaxça” qarılaşması oktyabrın 14-də Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.