Fənərbaxça ilə oyundan öncə Ştutqart da ciddi itki

08.10.2025

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

“Ştutqart”ın hücumçusu Ermedin Demiroviç sıradan çıxıb. 

Apasport.az “Bild”ə istinadla xəbər verir ki, zədələnən 27 yaşlı futbolçunun 2 ay müddətinə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

“Ştutqart” oktyabrın 23-də UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində “Fənərbaxça”nın qonağı olacaq. Zədə səbəbindən Demiroviçin bu oyunda meydana çıxmayacağı ehtimal olunur.

Bu mövsüm “Ştutqart”ın heyətində 10 matçda oynayan Ermedin Demiroviç 5 qol vurub və 1 qolun ötürməsini edib.

"Everton"da yeni müqavilə - RƏSMİ "Fənər"in futbolçusu ərəblərin radarında İspaniya millisinin heyətində dəyişiklik "Fənər"in rəqibinin heyətində ciddi itki - İKİ AY OYNAMAYACAQ İspaniya millisinin üzvü daha 3 il "Arsenal"da - RƏSMİ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью