Icma.az, Metbuat saytına istinadən bildirir. "Fənərbaxça" Türkiyə kuboku çərçivəsində keçirilən “Ərzurum” klubu ilə oyunda uğursuzluq yaşayı
Metbuat.az xəbər verir ki, oyun "Fənərbaxça"nın 5-0 hesablı qələbəsi ilə başa çatsa da, klub 3 futbolçusunu itirib.
Klubun əsas müdafiəçilərindən hesab edilən Dieqo Karlos, Djiku və Yusuf Akçiçek sıradan çıxıb.
Futbolçular bir neçə vacib matçda iştirak edə bilməyəcək. Qeyd edək ki, Dieqo Karlos "Fənərbaxça"ya yeni qoşulmuşdu.
Bildirilir ki, ikinci hissədə zədə alan Djikunun yerinə oyuna Dieqo Karlos daxil olub. Lakin bir neçə dəqiqə sonra o da zədələnib.
Dieqo Karlosu Yusuf Akçiçek əvəzləyib. Ardınca o da zədələnərək meydandan çıxıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.