Fənərbaxça kapitanı ilə bağlı qərar verdi

26.02.2025

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Fənərbaxça" mövsümün sonunda klubla müqaviləsi başa çatan kapitan Edin Ceko ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi bosniya və herseqovinalı hücumçunu komandada saxlamaq istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

"Fənərbaxça" 38 yaşlı forvarda 1 illik yeni müqavilə təklif edəcək. Super Liqa təmsilçisi qarşıdakı günlərdə təcrübəli futbolçunun meneceri Alessandro Luççi ilə görüşərək sözləşmə şərtlərini müzakirə edəcək.

Qeyd edək ki, Edin Ceko 2023-cü ilin yayından "Fənərbaxça"da çıxış edir. Bosniya və Herseqovina millisinin üzvü bu mövsüm Türkiyə klubunun heyətində meydana çıxdığı 38 rəsmi matçda 19 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью