Fənərbaxça Kerem Aktürkoğlunu yenə ala bilmədi

28.08.2025

Icma.az, Apasport portalına istinadən məlumat verir.

“Fənərbaxça”nın Kerem Aktürkoğlu üçün növbəti cəhdi də nəticəsiz qalıb.

Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər" Portuqaliya təmsilçisi ilə türkiyəli vingerin transferi barədə razılığa gələ bilməyib.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər danışıqları davam etdirəcək.

Hazırda “Benfika” ilə Keremin transferi üçün danışıqlar aparan İstanbul klubunun heyəti artıq İstanbula qayıdıb.

Qeyd edək ki, “Fənərbaxça” ötən gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Benfika”ya məhz Kerem Aktürkoğlunun vurduğu qol sayəsində 0:1 hesabı ilə məğlub olaraq turnirdə iştirak hüququnu itirib.

"Bayer" "Qarabağ" travmasını unutmayıb: Adminləri qorxur - FOTO "Tottenhem" niderlandlı futbolçu üçün hərəkətə keçib "Milan" Nkunku ilə razılaşıb UEFA-dan final matçları ilə bağlı yeni qərar "Beşiktaş"da ayrılıq baş verə bilər
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью