Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Malyorka"nın hücumçusu Vedad Muriki Türkiyə Super Liqasına qayıda bilər.
Sportal.az xəbər verir ki, "Fənərbaxça" sabiq futbolçusunu qaytarmaq istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İstanbul nəhənginin nümayəndələri kosovolu forvardın transferi üçün bu gün İspaniyaya gedəcəklər. "Fənərbaxça" 31 yaşlı oyunçu üçün onun klubuna 12 milyon avro və bonuslardan ibarət təkliflə müraciət edəcək.
Qeyd edək ki, "Malyorka" Vedat Murikini 2022-ci ilin yayında "Latsio"dan 8 milyon avroya transfer edib. Kosovo millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 14 qol vurub. TTəcrübəli futbolçu 2019/2020 mövsümündə "Fənərbaxça"nın formasını geyinib.
saytlarin hazirlanmasi