Fənərbaxça lı Arina Qalatasaray ın ulduz oyunçusuna aşiq olub

06.11.2026

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

"Fənərbaxça Medicana"nın rusiyalı voleybolçusu Arina Fedorovtseva ilə "Qalatasaray"ın seneqallı futbolçusu İsmayıl Yakobs arasında münasibətlərin olduğu iddia edilir. 

Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, iddia olunur ki, cütlük "Qalatasaray"ın “Ştutqart” üzərində qələbəsindən sonra Etilerdəki bir gecə klubunda görüşüb və ayrılarkən şəkillərinin çəkilməməsi üçün fərqli qapılardan istifadə ediblər.

İdman dünyasında iki qatı rəqibin ulduz oyunçularını bir araya gətirən təəccüblü bir romantika şayiəsi ortaya çıxıb. “Fənərbaxça Medicana” qadın voleybol komandasının rusiyalı ulduzu Arina Fedorovtseva ilə “Qalatasaray”ın seneqallı sol cinah müdafiəçisi İsmayıl Yakobsun sevgili olduğu iddia edilir. Onların İstanbuldakı bir əyləncə məkanında görüşdüyü iddiası diqqət çəkib.

Məlumata görə, “Qalatasaray”ın Çempionlar Liqasında “Ştutqart” üzərində qələbəsindən sonra İsmayıl Yakobs komanda yoldaşı Lukas Torreyra ilə birlikdə Etilerdəki lüks bir gecə klubuna gedib. İddialara görə, seneqallı futbolçu orada "Fənərbaxça" voleybolçusu Arina Fedorovtseva ilə tanış olub və gecəni birlikdə keçiriblər.

Gecənin sonunda baş verən iddialar da diqqəti cəlb edib. Bildirilib ki, Yakobs və Torreyra əyləncə məkanının əsas girişindən çıxıblar, Arina Fedorovtseva isə başqa çıxışdan istifadə ediblər. İddia edilir ki, hər iki şəxs məkanın qarşısında gözləyən mətbuat nümayəndələrinin birlikdə şəklini çəkməmək üçün bu yolu seçiblər.

"Fənərbaxça" və "Qalatasaray"da oynayan iki idmançının münasibətdə olduğu iddialarını heç bir tərəf  təsdiqləməyib. Cütlüyün birlikdə olub-olmadığı ilə bağlı rəsmi açıqlama yoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью