Fənərbaxça Lukmanı transfer etməyə çox yaxındır 40 milyon avroya

30.01.2026

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Atalanta"nın hücumçusu Ademola Lukman "Fənərbaxça"ya keçə bilər.

Sportal.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Klublar nigeriyalı futbolçunun transferi ilə bağlı bonuslar da daxil olmaqla 40 milyon avro məbləğində şifahi razılığa gəliblər. Lakin keçidin tamamlanması üçün ödəniş qrafiki və bank zəmanətləri ilə bağlı məsələlər razılaşdırılmalıdır. "Atalanta" hələlik "Fənərbaxça"nın təklif etdiyi şərtləri qəbul etməyib.

Bundan başqa, Lukmanla bağlı "Atletiko"nun da "Atalanta" ilə əlaqə saxladığı bildirilir.

Qeyd edək ki, cari mövsümdə Lukman A Seriyasında keçirdiyi 12 matçda 2 qol vurub.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью