Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyə Super Liqa təmsilçilərindən "Fənərbaxça" Slovakiya millisinin və PSJ-nin futbolçusu Milan Şkriniarı heyətinə qatıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə klubun rəsmi hesabı məlumat yayıb.
İstanbul nəhəngi 29 yaşlı müdafiəçi ilə hər mövzuda razılıq əldə edib.
Ulduz müdafiəçini gətirən təyyarə bu gün saat 16:30-da İstanbulda olacaq.
Milan tibbi müayinədən keçdikdən sonra özünü mövsümün sonuna qədər "fənərli" edəcək müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, "sarı-lacivərdlilər"in əzəli rəqibi "Qalatasaray" da daha əvvəl Şkriniarla maraqlanırdı.
"Cebheinfo.az" Bizi Telegramda izləyin Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.