​ Fənərbaxça Mourinyonun yerinə onu gətirmək istəyir

28.05.2025

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

"Fənərbaxça" klubu Joze Mourinyo ilə yollarını ayıracağı təqdirdə onun yerinə keçmiş futbolçusunu gətirmək istəyir.

Metbuat.az xəbər verir ki, klub Mourinyonun gedəcəyi təqdirdə Volkan Demirellə işləmək istəyir. İddialara görə, Volkan Demirel özü də "Fənərbaxça"da işləməkdə maraqlıdır. Qeyd edək ki, Volkan Demirel bundan əvvəl "Hatayspor", "Fatih Karagümrük" və "Bodrum" klublarında çalışıb. İddialara görə, “Fənərbaxça” prezidenti Ali Koç Joze Mourinyo ilə yollarını ayırmaq istəyir. Klubdakı bəzi dairələr məşqçinin klubdan göndərilməsini istəyir. Məlumata görə, portuqaliyalı çalışdırıcı buna razı deyil.

Mourinyonun "Fənərbaxça"da qalmağa qərar verdiyi və təzminatdan imtina etmək istəmədiyi iddia edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью