Fənərbaxça nı ÇL in təsnifatında hansı təhlükə gözləyir?

15.05.2025

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu həftəsonu çempionluq şansını rəsmən itirəcəyi gözlənilən ''Fənərbaxça'' yavaş-yavaş yeni mövsümün planlarını cızır. Hərçənd yeni mövsümdə nə indiki rəhbərliyin, nə də Joze Mourinyonun komandada olub-olmayacağı bilinmir.
Bu arada ''Fənər''in əsas qanayan yarasına çevrilən Çempionlar Liqasının təsnifat mərhələsində qət edəcəyi yol ilə bağlı bəzi detallar bəlli olub. Bilindiyi kimi bu mövsümün çempionu ÇL-də birbaşa əsas mərhələyə vəsiqə qazanacaq, 2-ci pillənin sahibi isə mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələdə problem yaşayacağı gözlənilməyən ''sarı-lacivərdlilər''in 3-cü təsnifat mərhələsində isə ''səpələnmişlər'' arasında yer alıb-almamasından çox şey asılı olacaq. Komandanın ''səpələnmişlər'' arasında yer alması üçün isə 4 şərtdən 3-ü reallaşmalıdı.
Bəs bu şərtlər hansıdı? ''Lill'' Fransa çempionatında 4-cü pilləni tutmamalı, ''Utrext'' Niderland çempionatında bürünc medalları qazanmamalı, ''Brügge'' Belçika çempionatında 2-ci pilləni tutmamalı və eyni şəkildə ''Zaltsburq'' Avstriyada 2-ci olmamalıdı. Məhz bu ehtimallardan 3-ü reallaşacağı təqdirdə İstanbul nəhəngi əsas gəlir mənbəyi sayılan ÇL-də 3-cü təsnifat mərhələsində nisbətən asan rəqiblə qarşılaşacaq. Amma komanda püşkatmada ''səpələnmişlər'' sırasında yer almasa, ''Feyenoord'', ''Brügge'', ''Reyncers'', ''Benfika'' və ya ''Sportinq'' kimi güclü rəqiblərdən biri ilə qarşılamalı olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью