Fənərbaxça nı Super Liqanın başqa klubuna dəyişəcək

04.09.2026

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Fənərbaxça"nın müdafiəçisi Çağlar Söyüncü Super Liqada klubunu dəyişəcək.

Sportal.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Türkiyəli futbolçu "Çorum"a keçəcək. Artıq klublar arasında razılıq əldə olunub. 30 yaşlı mərkəz müdafiəçisi qısa müddət ərzində Çorum "qırmızı-qaralar"la müqavilə imzalayacaq.

Qeyd edək ki, "Fənərbaxça" Çağlar Söyüncünü 2024-cü ilin yanvarında "Atletiko"dan transfer edib. Türkiyə millisinin üzvü İstanbul nəhənginin heyətində meydana çıxdığı 75 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью