Fənərbaxça nın 15 milyonluq təklifini geri çevirdilər

28.01.2026

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Fənərbaxça” “Reyncers”in hücumçusu Yussef Çermitinin transferini reallaşdıra bilməyib.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə klubu Şotlandiya klubunun 21 yaşlı forvardı üçün qarşı tərəfə 15 milyon avroluq təklif göndərmişdi. Lakin Qlazqo təmsilçisi bunu geri çevirib.

Portuqaliyalı mərkəz hücumçusunun “Reyncers”lə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

O, karyerası ərzində “Sportinq” və “Everton” klublarında da oynayıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью