Fənərbaxça nın arzuladığı futbolçu İtaliyada qalmaq istəyir

15.07.2025

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Yuventus”un hücumçusu Duşan Vlahoviç karyerasını A Seriyasının digər klubunda davam etdirə bilər.

Apasport.az “The Sun”-a istinadən xəbər verir ki, serbiyalı forvard “Milan”a keçmək arzusundadır. Transferin mümkün məbləği 20 milyon avro qiymətləndirilir.

Türkiyə təmsilçilərindən "Fənərbaxça" futbolçunun xidmətində maraqlıdır. 

Vlahoviçin Turin klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

25 yaşlı forvard 2024/25 mövsümündə İtaliya çempionatında “Yuventus”un heyətində 29 oyunda iştirak edib, 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

"Beşiktaş"ın yeni transferi İstanbula gəlir “Zirə” Türkiyə klubunu məğlub edib - YENİLƏNİR “Dadaşov bizə uyğun hücumçudur” Ramon Maçado: "Klubumuz bu mövsüm həqiqətən iddialıdır" Venesuela millisinin üzvü “Neftçi”də - RƏSMİ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью