Fənərbaxça nın Avropa Liqasındakı rəqibi baş məşqçisi ilə yollarını ayırıb

24.02.2025

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Reyncers" Filip Klementlə yollarını ayırdı

Şotlandiya Premyer Liqasında çempionluq uğrunda "Seltik"lə mübarizə aparan "Reyncers" "Mirren"ə 2:0 hesabı ilə uduzduqdan sonra gözlənilməz qərar verib.

Apasport.az xəbər verir ki, Şotlandiya klubu baş məşqçi Filip Klementlə yolları ayırıb.

"Seltik" və "Reyncers" çempionluq mübarizəsi

Belçikalı mütəxəssis 2023-cü ilin oktyabr ayından "Reyncers"i çalışdırırdı. 

"Seltik" 69 xalla Şotlandiya çempionatına liderlik edir. Rəqibindən 13 xal geri qalan "Reyncers" isə ikincidir. 

"Fənərbaxça" - “Reyncers” matçı nə vaxtdır? 

Qeyd edək ki, UEFA Avropa Liqasının 1/8 finalında "Fənərbaxça" martın 6-da "Ülkər stadionu"nda “Reyncers”i qəbul edəcək. Bu oyunun cavab görüşü martın 13-də Şotlandiyada keçiriləcək.

İtalyan azarkeşlərdən İsrailə qırmızı kart "Qalatasaray" – "Fənərbaxça" derbisi bu kanalda “Qalatasaray” “Fənərbaxça”ya qarşı - YENİLƏNİR Yıldız "Barselona"nın hədəfində Ramos yeni klubunda debüt etdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью