Fənərbaxça nın baş məşqçisi məğlubiyyəti şərh etdi

25.09.2025

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedesko Avropa Liqasının ümumi mərhələsinin ilk turunda Zaqreb "Dinamo"suna məğlubiyyəti (1:3) şərh edib. Sport24.az xəbər verir ki, belçikalı mütəxəssis bununla bağlı UEFA-nın rəsmi saytına açıqlama verib:

"Yalnız nəticəyə deyil, həm də oyunun bir çox aspektlərinə baxacağıq. Biz matça nəzarət edirdik və çoxlu əks-hücumlara imkan vermədik. Amma "Fənərbaxça"nın qol buraxması... Biz daha yaxşı müdafiə olunmalı, cinahları bağlamalı, zərbələri bloklamalıyıq. Biz əlimizdən gələni etməyə çalışdıq, lakin bu, kifayət etmədi".

Qeyd edək ki, Avropa Liqasının ikinci turunda "Fənərbaxça" "Nitsa" ilə qarşılaşacaq. Qarşılaşma oktyabrın 2-də baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью