Fənərbaxça nın Duşan Vlahoviç planı

08.06.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Fənərbaxça"nın Duşan Vlahoviçlə bağlı təklif planı bəlli olub.

İdman.biz xəbər verir ki, İstanbul klubu "Yuventus"a 30 milyon avro təklif edib.

Turin klubunun bu variantı diqqətlə nəzərdən keçirdiyi bildirilib. Komandan futbolçunun çıxışından tam razı deyil. Əgər danışıqlar baş tutarsa serbiyalı forvard illik 10 milyon avroya yaxın maaş qazanacaq.

Qeyd edək ki, Duşanın "Yuventus"la müqaviləsi gələn ilin yayında bitəcək. O, mövsümü 41 oyunda 15 qol və 5 ötürmə ilə başa vurub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью