Fənərbaxça nın futbolçusu 3 nəhəng klubun hədəfində

04.03.2025

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Fənərbaxça"nın gənc futbolçusu Yusuf Akçiçək daha 3 klubun maraq dairəsinə düşüb.

Sportal.az xəbər verir ki, Türkiyə mətbuatında yer alan məlumata görə, İstanbul nəhənginin Avropa Liqası çərçivəsində keçiriləcək "Reyncers" ilə matçında "Bayer", "Bavariya" və "Tottenhem" rəsmiləri stadionda müdafiəçini izləyəcəklər.

Qeyd edək ki, klubla 2028-ci ilə qədər müqaviləsi olan19 yaşlı futbolçu bu mövsüm "Fənərbaxça"nın heyətində 13 oyunda forma şansı tapıb. Bu görüşlərdə isə 2 qol və 1 asistlə yadda qalıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью