Fənərbaxça nın futbolçusu Super Liqa klubuna keçir

28.08.2026

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Fənərbaxça"nın futbolçusu Cengiz Ünder Super Liqada klubunu dəyişməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Çorum" türkiyəli vingeri heeyətinə qatmaq istəyir. Bu barədə "A Spor" televiziyası məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunduğu bildirilir. 29 yaşlı oyunçu yaxın günlərdə Super Liqanın debütantı ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Cengiz Ünder 2025/26 mövsümündə icarə əsasında "Beşiktaş"da çıxış edib. Türkiyə millisinin sabiq üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью