Fənərbaxça nın hücumçusu İngiltərə klubuna transfer olundu

21.08.2026

sport24.az saytına istinadən Icma.az xəbər verir.

 "Fənərbaxça"nın hücumçusu Siddiqi Şerif "Koventri"yə transfer olub. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

Anlaşmanın detalları barədə bilgi verilməsə də, "Transfermarkt" portalının məlumatına görə, "Koventri" Şerif üçün 24,5 milyon avro ödəyib.

Qeyd edək ki, 19 yaşlı hücumçu bu ilin yanvarında Türkiyə klubuna "Anje"dən keçib. Şerif İstanbul klubunda ümumilikdə 17 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью