Icma.az, Sportal.az saytına istinadən bildirir.
Belçika milli komandası UEFA Millətlər Liqasının Türkiyə ilə matçına ciddi itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, hücumçu Romelu Lukaku "ay-ulduzlular"la oyunda iştirak etməyəcək. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Məşqçilər korpusu əzələsində yüngül zədə olan "Fənərbaxça"nın forvardına istirahət vermək qərarına gəliblər. 33 yaşlı forvard növbəti görüşdə meydanda olacaq.
Qeyd edək ki, Belçika seçməsi noyabrda iki oyun keçirəcək. "Qırmızı şeytanlar" ayın 12-də Türkiyənin qonağı olacaq, 15-də isə evdə İtaliya yığmasını qəbul edəcək.
saytlarin hazirlanmasi