Fənərbaxça nın ilk kuboku satışa çıxarılır

24.11.2025

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

1911-1912 futbol mövsümündə ilk dəfə İstanbul Liqa çempionu olan "Fənərbaxça"nın aldığı kubok hərracda satılacaq.

Metbuat.az xəbər verir ki, hərrac dekabrın 7-də təşkil olunacaq. Kolleksiya Əşyaları Auksionunda satışa çıxarılacaq kubokun şəxsi kolleksiyaya aid olduğu bildirilir. Onun diametri 10 santimetrdir, bürünc oyma ilə bəzədilib.

Kubok İstanbul Liqasının 6-cı mövsümü (1911-1912) başa çatanda o vaxt klub prezidenti olan Arif Əmirzadəyə verilib.

Arif Əmirzadə həm də komandanın əsas heyətinin oyunçusu olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью